Məni tanıyın

12828341_10209516667740390_7688574301513013668_o

Əziz Oxucu,

Özümü təqdim etmədən öncə bloq haqqında bəzi qeydləri diqqətinizə çatdırmaq istəyirəm. Oxuduğunuz bu bloq digər bloqlardan fərqli olaraq sizlərə tam olaraq praktiki həllərdən ibarət məqalələr və vasitələr təqdim edir. Hər biriniz bu vasitələrlə öz biznesinizdə və ya iş yerinizdə istifadə edib faydalana bilərsiniz. Yazdığım məqalələrdə çalışıram ki, marketinqə, internet marketinqə və satışa aid praktiki həlləri və müştəri cəlbi və onu saxlamaq yollarını sizə izah edim. Eyni zamanda şəxsi inkişaf, biznes və ümumi mövzularda olan yazılarım da gördüyüm, oxuduğum, araşdırdığım və oxuduqdan sonra götürüb real həyatda tətbiq edə biləcəyiniz vasitələr olacaqdır. Odur ki, ümid edirəm ki, yazdığım məqalələrn az da olsa sizə faydası olacaq. Əgər biznesinizin və ya çalışdığınızın şirkərin marketinq, satış,və müştəri cəlbinə ehtiyacı varsa, Əgər sizin gəlirləriniz azalırsa, müştəriləriniz azalırsa,  Sizə yeni müştərilərin cəlbi, satışların artırılması və imicin artırılması baxımdan köməklik göstərə bilərəm.

Əlaqə  – 055 758 19 90

Mən Fərid Çingiz oğlu İslamov 1990-ci ildə Bakıda anadan olmuşam.

Xəzər Universitetinin Maliyyə ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişəm.

2010-2012-ci illərdə Parabank-da marketinq üzrə mütəxəssis, 2012-2014-cü illərdə Vision Fund Azercredit təşkilatında marketinq üzrə mütəxəssis, 2014-cü ildə isə Finca Azərbaycan kredit təşkilatında Məhsulların İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışmışam.

2013-cü ildə Banco.az – banklar və maliyyə haqqında portalı təsis etmişəm və hal-hazırda bu layihəyə rəhbərlik edirəm.

2015-ci ildə Banco Academy bank və maliyyə sahəsində kursları təsis etmişəm.

2010-cü ildən aktiv şəkildə ümumi marketinq, araşdırmalar, 2014-cü ildən isə internet marketinq, kontent marketinq, email marketinqlə məşğul oluram.

İnternet marketinqlə və ümumi marketinqlə bağlı hər hansı sualınız və ya qeydiniz olarsa, farid@banco.az emailindan və ya 055 758 19 90 nömrəsi ilə mənimlə əlaqə qura bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.