Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

Dahi Qetsbi! Keçmişi qaytarmaq olarmı?

2020-11-02
in Xəbərlər
12809
Dahi Qetsbi! Keçmişi qaytarmaq olarmı?

kinopoisk.ru

158
PAYLAŞIM
2k
VIEWS

Çoxdandır yazmırdım. Əslində biraz tənbəllik baş alıb gedirdi bu son zamanlarda. Bloqu yaradanda əsasən marketinq haqqında yazmağı düşünürdüm. Amma bir müddətdən sonra başqa sahələrdə də daha faydalı yazılar yaza biləcəyimi düşündüm və bloqda marketinqlə yanaşı biznes, menecment, bank, gündəlik həyatda rastlaşdığım hadisələr ictimai mövzular və s haqqında yazmağa və fikirlərimi paylaşmağa qərara gəldim. Çalışacam mövzular qısa olsun amma eyni zamanda oxucular faydalı məlumatlar əldə edə bilsinlər.

Bu dəfəki mövzu uşaqlıq illərində oxuduğum Frensis Skot Fitzceraldın ” Dahi Qetsbi” əsəri və onun əsasında çəkilmiş eyniadlı filmdir. Bu məqamda qeyd edim ki, əgər kitabı oxumamısınızsa mütləq oxuyun. Film nə qədər gözəl çəkilsə də tam olaraq kitabda olanların hamısını vaxt və s baxımdan göstərə və ifadə edə bilmir.

Leonardo_DiCaprio_-_The_Great_Gatsby

Fitzcerald haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz. Fitzcerald haqqında

Əsər haqqında qısa məlumat

  • Fitzcerald əsəri 1925-ildə təqdim edib. Əsəri New Yorkda yazmağa başlasa da onu Paridə bitirib.
  • Əsər yazıçının dövründə elə də çox məşhurluq qazanmır, cəmi 24 min nüsxə satılır. Əsərin məşhurluğu və ikinci nəfəsi isə İkinci Dünya müharibəsindən sonraya təsadüf edir.
  • 1998-ci ildə roman XX əsrin 100 ən yaxşı ingilis dilli romanları arasında ikinci sırada yer almış olur
  • Bu romanı dönə-dönə redaktə edən müəllif əsərin ona şöhrət gətirəcəyinə əmin idi. Sonralar o yazırdı: “Mən özümdə məndə heç vaxt olmayan böyük bir qüvvə hiss edirdim”.
  • Yazıçı nəşrə bir həftə qalmış əsəri  amerika xəyalını simvolizə edən “Qırmızı, göy və ağ altında” adlandırmağa qərar verir, lakin artıq gec olduğundan, kitab “Böyük Getsbi” kimi işıq üzü görmüş olur.

Digər maraqlı faktları buradan oxuya bilərsiniz – Dahi Qetsbi

Əsərin və filmin sujeti haqqında geniş yazmayacağam. Burada əsas məqsədim əsərin və filmin cəmiyyətə, insanlara ünvanladığı mesajdır. Düşünürəm ki, hər bir filmi izlədikdən və ya kitabı oxuduqdan sonra bu fəaliyyətdən hər bir insan özünə hansısa nəticələri çıxarmalıdır. Dahi Qetsbi-nin əsas mesajı isə əlində nə qədər güc, var dövlət və s. imkanlar olsa da, keçmişi qaytarmağın heç cür mümkün olmadığını ifadə edir. Qetsbinin öz malikanəsində yaratdığı əyləncələr, qonaqlıqlar Deyzi-ni nə qədər yaxın etsə də, bir zamanlar onlar arasında olan sevgini xəyali olsa da geri qaytara bilsə də, onların  daima biryerdə olması və keçmiş günlərdəki kimi xoşbəxt olmaları mümkün olmur.

Filmin sloqanı “Keçmişi qaytarmaq mümkün deyil? “Əlbəttə ki, mümkündür!” olsa da və bu sözlər Qetsbi-nin dilindən söylənsə də, filmin sonunda bunun mümkün olmadığı aşkar olunur.  Qetsbi qazandığı pulları Deyzinin diqqətini cəlb etmək, onunla birlikdə vaxt keçirmək üçün xərcləyir, onun şərəfinə New Yorkun ən təmtəraqlı və məşhur əyləncələrini və qonaqlıqlarını təşkil edir, lakin sonda o öz məqsədinə yəni keçmişdə olanlarıə geri qaytara bilmir. Sadəcə bu müddətdə Qetsbi bir xülya bir illuziya içində yaşayır və inanır ki, onun bu etdiklərini Deyzi-ni və onların keçmişini geri qaytaracaq. Lakin hər şey tam əksində və Qetsbi-nin özü üçün də çox faciəli bitir.

Əsərin və filmin ikinci verdiyi mesaj isə Qetsbi-nin illər boyu New Yorkda, öz malikanəsində ən təntənəli qonaqlıqlar təşkil edərək istənilən şəxsin orda iştirak edib əylənməsinə, yeyib-içməsinə şərait yaratsa da, bütün bu insanlar Qetsbi-ni ən yaxın dostu hesab etsə də sonda onun dəfninə onlardan yalnız bir nəfər yaxın qonşusu və dostu Nik Karraueydən başqa heç kim gəlmir və onu son mənzilə yalnız Nik yola salır. Hətta Deyzi-nin özü belə onu dəlicəsinə sevən Qetsbi-nin dəfnində iştirak etmir.

Film-də Qetsbi-ni baş rol olaraq məşhur aktyor Leonardo Di Kabrio canlandırır. Və deyərdim ki, Leonardo digər filmlərdəki kimi bu filmdə də bacardığından artığını ortaya qoyaraq çox gözəl obraz yaradır və məncə müəllifin göstərmək və insanlara çatdırmaq istədiyi hisslər, fikirlər və emosiyaları çatdıra bilir. Film iki ədəd Oskar mükafatı alsa da Di Kaprio bu dəfə də Oskarsız qalır. Yalnız Avtraliya Kino Akademiyasının Ən yaxşı kişi rolu mükafatına layiq görülür.

Film haqqında maraqlı faktlar:

  • Leo-ya filmdə Qetsbi rolunda çəkilmək təklifi gələndə o imtina etmək istəyirdi. Səbəb isə o idi ki, Di Kabrio inanırdı ki, bu kitab milyonların sevdiyi kitabdır, əsərdir və o öz ifası ilə insanların gözləntilərini doğrultmaya bilər. Lakin filmin rejisoru və Leo-nun dostunun dəstəyi ilə o təklifi qəbul edir və Qetsbi rolunu möhtəşəm canlandırır.
  • Filmin büdcəsi 105 milyon $ olmuşdur. Filmin dünya üzrə gəlirləri isə 351 milyon $.
  • Filmdə əsas rollarda olan Di Kaprio və Hörümçək adam filmindən tanıdığımız Tobi Makvayer uşaqlıqdan bəri dost olsalar da bu onların biryerdə oynadıqları ikinci film olub.
  • Tobi-nin yerinə ilk təklif Ben Aflek-ə getsə də o öz Arqo filminin çəkilişləri ilə məşğul olduğu üçün bu təklifdən imtina etmişdi.

 

Filmin treyleri 

https://www.youtube.com/watch?v=TaBVLhcHcc0

 

Filmi buradan izləyə bilərsiniz. The Great Gatsby

 

Filmin əsas musiqisi də film və əsər qədər gözəldir. 

İfaçı : Lana Del Rey
Musiqi : Young and Beautiful

 

 

Rəylər

rəy

Paylaş63Tweet40Paylaş11GöndərPaylaş

Həmçinin oxu

Offlayn reklamı hansı yolla ölçmək olar?
Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
budcesiz marketinq, marketinq, az xercle marketinq
Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
azercell, bakcell
Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    173 paylaşım
    Paylaş 69 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    168 paylaşım
    Paylaş 67 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    164 paylaşım
    Paylaş 66 Tweet 41
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    164 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA