Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

Dizayner olmayanlar üçün 5 dizayn saytı

2020-11-02
in Xəbərlər
7808
Dizayner olmayanlar üçün 5 dizayn saytı
158
PAYLAŞIM
2k
VIEWS

Müəllif: Samir Karimov

www.samirkarimov.com

Vizual kontentin geniş yayılması son illərdə kontent-marketinqin inkişaf trendlərindən biridir. Bu təsadüfi deyil – insanlar məlumatı vizual (baxış) kanalı vasitəsi ilə daha tez qavrayırlar. Yəgin ki, özünüz fikir vermisiniz: ən çox yayılan hansı növ kontent olur? Əlbəttə, video, şəkil, infoqrafika və digər vizual kontent növləri. Bəs ən tez yayılan sosial şəbəkələr? İnstagram və Pinterest. Dünya şirkətləri isə insan təbiətinin bu xüsusiyyətindən istifadə edərək, öz brendlərini uğurlu tanıtım edirlər. Özümə ən çox verdiyim sual: bəs bizdə vəziyyət necədir?

Böyük şirkətlər (telekommunikasiya, banklar və s.) bunu anlayaraq öz vizual kontent üzrə işlərini aidiyyatı agentliklərə həvalə ediblər. Bəs kiçik və orta biznes nümayəndələri? Təəsüf ki, onların outsource işlər üçün kifayət qədər vəsait olmadığından, öz sosial şəbəkələrinin səhifələrini qeyri-peşəkar şəkildə idarə edirlər. PowerPoint və Paint-də çəkilmiş şəkillər sizcə nə qədər uğurlu alına bilərlər?

İnternet-marketoloqlar üçün 10 sehrli alət
Niyə biz Azərbaycan dilli kontenti yaratmırıq?

Sizin böyük büdcəniz yoxdur? Siz özünüz nə Adobe İllustrator və Photoshop, nə Corel Draw-da işləyə bilmirsiniz? Bu faciə deyil! Yaxşı ki, internetdə kifayət qədər istifadəsi çox asan olan pulsuz və ya şərti pulsuz servislər var. Bir neçəsini Sizinlə paylaşmaq istəyirəm:

Canva

Canva – onlayn qrafik dizayn platformasıdır. 1 000 000 hazır şablonu olan bu servis vasitəsi ilə Siz sosial şəbəkələr, banner və posterlər, müxtəlif reklam vasitələri üçün peşəkar şəkildə dizayn tərtib edə bilərsiniz. Əksər şrift, fon, ikon və şablonlar pulsuzdur. Digələrini 1$ başlayan qiymətlər ilə almaq olar. Bu infoqrafikanı mən bu servisdə düzəlmişəm:

Bloqu necə yaradım

Visme.co

Visme-də Siz müxtəlif təqdimat, infoqrafika və bannerləri yarada bilərsiniz. İlk 3 layihə pulsuzdur, digərləri üçün artıq pul ödəmək lazımdır. Lakin, burada bir hiylədən istifadə etmək olar: Hər hansı bir layihənizi kompyuterinizə endirin və Visme-dən silin. O sizə cəhd kimi sayılmayacaq. Və Siz daimi pulsuz bu servisdən istifadə edə bilərsiniz.

Piktochart

Visme-yə oxşayan bir servisdir. Bu servisin üstünlüyü daha çox infoqrafika şablonun olmasıdır. Üstəlik burada müxtəlif rəngli reportları hazırlamaq üçün imkanlar var.

Fotograma

Fotograma məşhur Pixlr servisinin alətlərini bir yerdə və rus dilində cəmcləşdirən bir platformadır.  Burada Siz “Фоторедактор”, “Фотофильтры”, “Фотошоп” kimi funksiyalarından tamamilə pulsuz şəkildə istifadə edə bilərsiniz. Bu yazının əsas şəklini məhz bu servisdə düzəltmişəm.

Fiverr

Bəs əgər Sizin dizayna ayırmağa vaxtınız və ya ümumiyyətlə hətta şablonlarla işləməyə bacarığınız yoxdursa, mən Sizə Fiverr servisindən istifadə etməyə tövsiyyə edərdim. Cəmi 5$ Sizə 2-3 gün ərzində istədiyiniz dizaynı tərtib edib təhvil verəcəklər. Məsələn, bu loqolar bu servis vasitəsi ilə yaradılıb:

fiksbooksamir karimov logo

Bu servislər vasitəsi ilə Siz minimal büdcə ilə öz marketinq fəaliyyətinizin və ya bloqunuzun vizual kontentini daha da təkmilləşdirə bilərsiniz.

İşlərinizdə uğurlar!

Rəylər

rəy

Paylaş63Tweet40Paylaş11GöndərPaylaş

Həmçinin oxu

Offlayn reklamı hansı yolla ölçmək olar?
Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
budcesiz marketinq, marketinq, az xercle marketinq
Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
azercell, bakcell
Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    173 paylaşım
    Paylaş 69 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    168 paylaşım
    Paylaş 67 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    164 paylaşım
    Paylaş 66 Tweet 41
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    164 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA