Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
in Xəbərlər
0
azercell, bakcell

azercell, bakcell

158
PAYLAŞIM
2k
VIEWS

Bu gündən etibarən bloqumda yeni rubrikaya start verirəm. Rubrikanın adı – İnternet marketinq savaşları olacaq. Burada biz 2 və daha çox brendin və ya şirkətin internet marketinq fəaliyyətini analiz edəcəyik. Yəni şirkətlər internet vasitəsilə özlərini neçə təmsil edirlər, necə reklam edirlər, müştərilərlə necə ünsiyyət qururlar və s. Hər bir kriteriya üzrə şirkətlərə xallar veriləcək və nəticədə hansı şirkətin internet marketinqə daha çox diqqət etdiyini və bu vasitələrdən yararlandığının şahidi olacayıq.

Bü gunki araşdırmamızın qəhrəmanları ən böyük mobil operatorlar olacaq. Azercell və Bakcell. Bu şirkətlər haqqında çox danışmağa ehtiyac yoxdur, çünki demək olar hamı bu şirkətləri tanıyır. Bundan öncə dostumuz Samir Karimov öz bloqunda bu bu şirkətlər haqqında ümumi marketinq baxımından yanaşıb onları araşdırmışdı. Mən isə daha çox internet marketinq tərəfdən bu şirkətləri araşdıracam. Keçək əsas məsələyə.

Toxunacağımız araşdırma mövzuları bunlar olacaq.

  1. Şirkətlərin veb saytı – Şirkətin rəsmi saytının nə qədər rahat, anlaşılan, user-friendly, mobil adaptasiyalı olması və digər kriteriyalar üzrə qiymətləndirilməsi
  2. Şirkətlərin rəsmi Facebook və digər səhifələrinin məlumatlılıq, istifadəçilərlər ünsiyyət tezliyi və digər kriteriyalar
  3. Şirkətlərin mobil applikasiyaları – təqdim olunan mobil applikasiyaların incələnməsi
  4. Şirkətlərin banner reklamı, kontekst reklam,youtube reklam və digər internet reklamlardan istifadə səviyyəsi

Şirkətlərin veb saytı

Domain

Azercell maraqlıdır ki, .com domainində yerləşir. Yən azercell.az olaraq daxil olduqda səhifə açılmır. Bakcell də .com domain sonluğunda yerləşsə də bakcell.az yazdıqda bakcell.com-a yönləndirilir. Bu baxımdan Bakcell burada 1 xal, Azercell isə 0 xal qazanır.

Mobil applikasiyalar

Heç bir şirkətin sayta uyğun bir apllikasiyası yoxdur. App store-da  ümumiyyətlə şirkətlərin rəsmi heç bir tətbiqini tapmaq mümkün olmadı. Play marketdə isə Bakcell-in rəsmi tətbiqlərin Bakcell Ulduzum tətbiq və bakcell rouminq tətbiqini qeyd etmək olar.Azercell-də isə Azercell GR tətbiqini qeyd etmək olar. Burada Bakcell rəqibindən üstün olur. 1 xal qazanır.

azercell Gr bakcell rouminq bakcell ulduzum

Veb sayt rahatlığı (usability) 

Hər iki saytda məlumatlar dolğun olsa da Azercell-in saytı dizayn baxımdan və rahatlıq baxımdan ( düymələrin bəzən kliklənməsinə ehtiyac olmur sadəcə üzərinə mouse-lə gətirmək kifayətdir) digər rəqibdən daha üstündür. Odur ki, Azərcell burada 1 xal qazanır.

Rəsmi facebook səhifələr

Azercell – 390,900 like

Bakcell – 379,000 like

Azercell-in FB səhifəsinin bir üstünlüyü odur ki, səhifə facebook tərəfindən təsdiqlənməni keçib və təsdiqlənib işarəsi iıə təmin olunub. Bakcell-də isə hələ bu yoxdur. Burada Azercell əlavə 1 xal qazanır.

Səhifələrin müştəri və potensial müştəri ilə münasibətlərini də yoxladım. Bunun üçün hər iki şirkətin rəsmi facebook səhifəsinə daxil oldum və onlara eyni sualı ünvanladım. Azercell-in səhifəsində mesaj xidməti yoxdur bunun əvəzinə xüsusi müştəri xidmətləri bölməsi var və buradan sual ünvanlamaq olur. İlk baxışdan onu tapa bilmədim bu biraz narahatçılıq yaradır amma sistem yaxşıdır. Bakcell isə ona mesaj yazan müştərisini avtomatik bir təşəkkür məktubu yazır. Bu da onların SMM-dən düzgün istifadə etdiklərindən bəhs edir. Suallara isə şirkətlər aşağıdakı tezlikdə cavab verdilər.

Azərcell – 17 dəq

Bakcell – 20 dəq

Azərcell daha tez cavablandırsa da cavab mesaj bölməsinə gəlmədiyi üçün mən biraz gec gördüm yəni tətbiqdə yoxlamalı oldum cavabı. Odur ki, bu hissədə hər ikisi 1 xal qazanır.

Rəsmi youtube səhifələr

Azercell – 1723 üzv

Bakcell – 1926 üzv

Bakcell youtube səhifəsində rəqibindən öndədir. Bakcell 1 xal qazanır.

Düşünürəm ki, milyonlarla istifadəçisi olan mobil şirkətlərin youtube səhifəsi istifadəçilərinin sayınln bu qədər az olması onların bu sahəyə az diqqət ayırmalarıdır. Misal üçün Gürcüstanın Geocell( Azercell ilə eyni holdinqə daxil olan şirkət) mobil operatorunun  youtube-da üzv sayı 6mindən yuxarıdır.

Şirkətlərin internetdə reklam strategiyası

Bakcell göründüyü kimi kontekst reklamdan əsasən-də google axtarış sistemində istifadə edir. Rəqib şirkət isə gördüyüm qədər bu reklam növündən ya istifadə etmir ya da aktiv istifadə etmir. Burada bakcell 1 xal qazanır.

bakcell google

Hər iki şirkət aktiv olaraq banner reklamından istifadə edir. Ölkənin aparıcı saytlarının demək olar çoxunda bu iki şirkətin reklam bannerləri yayımlanır. Amma böhrandan əvvəlki vəziyyətə baxanda görünür ki, büdcələr kifayət qədər azaldılıb. Hər iki şirkət banner reklamına görə 1 xal qazanır.

Kontent marketinq baxımdan şirkətlərin reklamlarını tapa bilmədim. Təəssüf ki, belə böyük şirkətlər hələ də belə faydalı reklama yetərincə önəm vermirlər.

Şirkətlərin youtube-da da reklamlarına rast gəlmədim.Bir neçə yerli video hosting saytını izləsəm də əvvəllər şirkətlərin kampaniyaları olan zaman pre-roll yəni video yayımlanmadan öncə reklamlarını görürdüm. Amma son zamanlar görünür şirkətlər bu reklamların sayını minimuma endirib.

Məncə bununla ilkin yekunlara diqqət etmək olar.

azercell bakcell

Bəli nəticə gördüyünüz kimidir. Bakcell internet reklamda daha aktiv olduğu üçün, yerli domaini olduğu üçün və eyni zaman mobil applikasiyaları olduğu üçün qalib olur. Bununla belə hər iki şirkətin internet marketinq baxımından görəcəyi çox iş var. Texnoloji şirkətlər olaraq ilk olaraq mobil operatorlar bu yeniliyi tətbiq etməli və digər bazar iştirakçılarını da bu işə sövq etməlidirlər.

Yeni yazılara qədər dostlar,

Faydalı olmaq ümidilə,

Fərid İslamov

 

Rəylər

rəy

Teqlər: azercellbakcellinternetmarketinq
Paylaş63Tweet40Paylaş11GöndərPaylaş

Həmçinin oxu

Offlayn reklamı hansı yolla ölçmək olar?
Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
budcesiz marketinq, marketinq, az xercle marketinq
Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02
atkat, marketinq
Xəbərlər

“Atkat Marketinqi!” “Atkat”-çikləri təyin etməyin 7 qaydası!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    173 paylaşım
    Paylaş 69 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    168 paylaşım
    Paylaş 67 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    164 paylaşım
    Paylaş 66 Tweet 41
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    164 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA