İnternetimizin indiki dövründə işimizi asanlaşdıran bir çox faydalı, maraqlı və eyni zamanda pulsuz olan vasitələr var. Bəziləri vaxtımıza bəziləri pulumuza qənaət etməyə kömək edir. Bu gün sizə Google Chrome-dan istifadə zamanı işimizi yüngülləşdirəcək və vaxtımıza qənaət edəcək 6 vasitədən söhbət açacam. Bu vasitələr həm gündəlik şəxsi məqsədlər üçün istifadə edərkən həm də biznes məqsədilə istifadə edilə bilər( Sosial media menecerlər üçün). Browser olaraq Google Chrome-dan istifadə etməyənlər isə ondan istifadə etməyi məsləhət görərdim 🙂 Ya da digər browserlər haqqında yazacağım eyntipili araşdırmanı gözləməyi tövsiyyət edirəm. Yeniliklərdən ən tez xəbərdar olmaq və faydalanmaq üçün saytda emailinizi qeyd edin və ən faydalı internet marketinq, kontent marketinq və ümumi marketinq haqqında faydalı məqalələrdən məlumatlı olun.
- Facebook Adblock – Facebookda sağ tərəfdə göstərilən reklamları blok edir. Faydasız səhifə və faydasız reklamlardan uzaq olmaq üçün əla vasitədir.
2. Status Snapper. -Sizə hər hansı statusun şəklini çəkməyə və bütün adları və avatarları silməyə yardımçı olur. Bəzən ilk dəfədən tam olaraq bütün adlar silinmir o zaman imtina et( cancel) düyməsini sıxın və yenidən cəhd edin (snap klik edin)
3. Facebook Unseen – bu vasitə sizə mesajların oxunulması zamanı kömək edəcək. Bu vasitənin köməyilə siz hətta oxuduğunuz mesajlar belə oxunmadı kimi mesajı göndərənə göstərilə biləcək. Yəni mesajı göndərənin xəbəri olmayacaq ki, siz mesajı oxumusuz ya yox:) Bezdirən insanlardan, podxod edən qaqaşlardan qorunmağın və eyni zamanda onların gözündə yaxşı insan qalmağın yollarından biri! 😉
4. Shareaholic – Bəzən elə olur ki hər hansı saytda faydalı və maraqlı bəyəndiyiniz materialı paylaşmaq istəyirsiniz amma bunun üçün ya paylaş düyməsi olmur ya da işləmir. Bunun üçün bu tətbiqi yükləyib sadə qeydiyyatdan keçərək istədiyiniz saytı və məqaləni paylaşa bilərsiniz.
5. Block site – Hər hansı saytı ya tam ya da hər hansı müddət aralığında blok etməyə imkan verir. Sosial şəbəkələrdən asılı olan və ya iş zamanı fikri yayındıran saytlardan uzaq olmaq üçün yaxşı vasitədir.
6. Video Downloader professional – Saytda tapılan bütün videoları komputerinizə yükləməyə imkan verir.
Əgər yuxarıda qeyd olunan sizə faydalı oldusa o zaman məqaləni paylaşın ki dostlarınız da faydalnsın!
Eyni zamanda emailinizi aşağıda qeyd edərək ən son yeniliklər və faydalı məqalələrdən ən tez xəbərdar ola bilərsiniz.