Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

Marketinqə özünüzdən başlayın! Özünü marketinq etməyin 6 qızıl qaydası!

2020-11-02
in Xəbərlər
0
Marketinqə özünüzdən başlayın! Özünü marketinq etməyin 6 qızıl qaydası!
155
PAYLAŞIM
1.9k
VIEWS

Son aylar hər kəsin dilində ən çox işlənən sözlərdən biri krizis (böhran) sözüdür. Böhranın səbəblərindən və daha sonra nə olacağından yazmayacam. Bu dəfəki mövzumuzda böhran vəziyyətində əsasən gənclərin iş tapmaq üçün və ya öz işlərində qalmaq üçün nələri etməli olduqlarını yazacam.

your-strength

Son zamanlar dünyada işlənən yeni terminlərdən biri də Self marketing terminidir. Tərcümədə “Öz marketinq” və ya İnsanın özünün, şəxsinin marketinqi anlamına gəlir. Self marketing termin ve anlayışı haqqında çox yazmaq əvəzinə bu anlayışın verdiyi töhfələr və insanların özlərini (biliklərini, bacarıqlarını ) daha yaxşı və daha baha sata bilmələri üçün nələri etməli olduqlarını sizinlə bölüşəcəm.

  1. Məhsulun və ya xidmətin marketinqində olduğu kimi ilk növbədə hər şey araşdırmadan başlayır. İndiki halda məhsul Siz Özünüzsünüz. Odur ki, ilk olaraq özünüzü araşdırın, mənfi və müsbət cəhətləriniz, güclü və zəif tərəflərinizi təyin edin. Bir sözlə özünüzün SWOT analizini aparın. Güclü tərəflərinizi daha da qabardaraq eyni zamanda zəif tərəflərinizi müsbətə doğru addım-addım dəyişməlisiniz. Eyni zamanda öz bacarıqlarınızı təyin etməyə çalışın. Hansı sahədə, hansı sektorda, hansı işdə sizin bacarıqlarınızın sizə daha çox kömək edə biləcəyini araşdırın. İndiki biznes mühitdə biliklə yanaşı bacarıqlar da cox vacibdir və sizin iş tapmağınızda, karyera qurmağınızda bu bacarıqlar aparıcı rol oynaya bilər. Özünüzü qiymətləndirərkən və öz xüsusiyyətlərinizi qeyd edərkən maksimal səmimi olmağa çalışın ki, araşdırmadan sonra özünüzü həqiqətən də müsbət yöndə dəyişə biləsiniz.
  2. İkinci vacib məqam özünü təqdim etmə bacarığıdır. Mən intervyularda və ya başqa görüşlərdə bir çox hallarda şahidi olmuşam ki, savadlı və bacarıqlı insanların bəziləri özünü və özündə olan potensialı göstərə bilmir, təqdim edə bilmir. İntervyuda və ya başqa görüşlərdə ilk tanışlıq zamanı özünü maksimal olaraq təqdim edə bilmək və öz bilik və bacarıqlarını göstərmək çox vacibdir. Çünki ilk görüş və ilk tanışıq çox vacibdir. Əbəs yerə deyilmir ki, ilk təəssürat ən çox vacibdir və sizin haqqınızda  bir ömürlük fikir formalaşdıra bilər. Nəinki işdə hətta həyatda belə özünü təqdimetmə bacarığını inkişaf etdirmək çox vacibdir. Utanmaq, çəkinmək, həyəcanlanmaq hisslərini bir kənara qoyaraq qarşıdakı insanın sənin bilik, bacarıq və digər istedadlarını görməsini təmin etmək çox vacibdir.
  3.  İştirak etdiyiniz intervyularda və ya digər görüşlərdən öncə qarşı tərəf haqqında ( bu şirkət də ola bilər və ya şəxs də ola bilər) maksimal çox informasiya öyrənməyə çalışın. 21-ci əsr informasiya əsridir. Nə qədər çox məlumatlı olsan bir o qədər çox gücə sahib olacaqsan. Şirkət intervyusunda olduqda həmin şirkətə nə cür bir əməkdaşın lazım olduğunu təyin etməyə çalışın və o lazımi bacarıqlarınızı intervyuda daha da qabardın.
  4. 4-cü vacib element sizin İmic-dir. İmic əslində geniş bir məfhumdur. Ümumi olaraq desək isə imic sizin geyim tərziniz, sizin danışıq tərziniz sizin davranışlarınızın cəmidir. Sizin imic sizin məqsədlərlə və nəyə nail olmaq istədiklərinizlə birbaşa əlaqəlidir. Bu baxımdan sizin imic sizin məqsədlərinizə uyğun olmalıdır. Əgər siz Bank-da departament direktoru və ya daha yüksək vəzifəni qarşınıza hədəf qoymusunuzsa o zaman sizin geyim danışıq tərzi, jestləriniz də buna uyğun olmalı və özündə ciddillik elementleri daşımalıdır. Imic geyim baxımdan nəzərdə tutulduqda vacib deyil ki bahalı markalardan brendlərdən istifadə edəsiniz. Əgər buna imkanınız çatırsa bu başqa məsələ. Əgər imkanınız məhdud çərçivədədirsə sadəcə seçdiyiniz stilə uyğun daha uyğun qiymətlərlə geyim əldə edib hədəfə doğru irəliləyə bilərsiniz.
  5. 5ci və həm də deyərdim ki indiki müasir biznes şəraitində və yaşam şəraitində ən vacib element sizin Network (şəbəkə). Yəni sizin əlaqələrinizdir. Əlaqələr dedikdə day-day və digər bunun kimi məfhumları nəzərdə tutmuram. Əgər day-dayınız varsa ümumiyyətlə bu məqaləni əziyyət çəkib oxumayın) Day-dayı olmayanlar isə day-dayın verə biləcəyi bir çox üstünlükləri öz əlaqələri vasitəsilə də əldə edə bilər. Dostluğunuzu, tanışlığınızı və yoldaşlığınızı genişləndirin və çərçivəyə salmayın. Müxtəlif tədbirlərdə, təlimlərdə və görüşlərdə iştirak etməklə siz müxtəlif sahələrdən, müxtəlif vəzifəli, müxtəlif dünyagörüşlü insanlarla münasibət qura bilərsiniz və tez gec bu qurulan münasibətlər sizə iş həyatında faydalı olacaqdır. Mən əminəmki ölkəmizdə biznesi olan sahibkarlar 90%-i əlaqələrin tanışlıqların və öz şəbəkəsinin hesabına biznesini inkişaf etdirir və cəmiyyətə fayda verir.Odur ki, öz ətrafınızda daha çox insanın olmasına, müxtəlif sahələrdən və eyni zamanda savadlı, dürüst və bacarıqlı insanların olmasına çalışın. Bu cür tanışlıqar əldə etmək indiki dövrdə əslində çox rahatdır. Hətta sosial şəbəkələr vasitəsilə də özünüzə çoxlu dostlar qazana bilərsiniz. İlk olaraq virtual olsa da bu dostluğu münasibətləri daha sonra reallıq müstəvisinə daşımaq sizin əlinizdədir.
  6. 6-cı və sonuncu və yenə də qeyd edəcəm ki, ən vacib elementlərdən biri də özünə inamdır. Əgər özünəgüvən olmazsa o zaman sadaladığım işləri görsəniz də belə çox irəli getmək şansı çox az olacaq. Siz özünüzə inanmasanız digərləri zatən sizə və sizin bacarıqlarınıza inanmayacaq. Özünüzə inamla birgə qarşınıza qoyduğunuz məqsədə gördüyünüz işə də bir o qədər inanmalısınız. Qədim tarixdən bu günə qədər əksər ixtiralar, yeniliklər və digər böyük işlər onları görən, hazırlayan, fikirləşən insanların həmin işə həddindən çox inanması nəticəsində meydana gəlib.Odur ki qarşınızdakı iş nə qədər çətin və yorucu olsa da belə həmin işə sona qədər inanın. İnanın ki, ətrafdakılar da sizə və sizin ideyaya inansınlar!

Rəylər

rəy

Paylaş62Tweet39Paylaş11GöndərPaylaş

Həmçinin oxu

Offlayn reklamı hansı yolla ölçmək olar?
Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
budcesiz marketinq, marketinq, az xercle marketinq
Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
azercell, bakcell
Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    173 paylaşım
    Paylaş 69 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    168 paylaşım
    Paylaş 67 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    164 paylaşım
    Paylaş 66 Tweet 41
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    164 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA