Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
in Xəbərlər
0
Offlayn reklamı hansı yolla ölçmək olar?
169
PAYLAŞIM
2.1k
VIEWS

Marketinqi bəyənməyən idarəçi və rəhbərlərin ən çox istifadə etdiyi arqumentlərdən biri də marketinq xərclərin ölçülə bilməməsidir. Belə bir deyim də var ki, Marketinqə ayrılan pulun bir hissəsi havaya gedir amma bunun hansı hissəsi olduğu bilinmir.  Yəni şirkət marketinqə xərclədiyinin nə qədərini geri alır və bundan nə qədər qazanır? İddia olunur ki, əksər halda bunu ölçmək olmur və ya çətindir. Reklama 1000 manat xərclədim bəs bu reklam mənə nə qədər müştəri gətirdi?

Əslində onlayn marketinqin və rəqəmsal marketinqin geniş yayılması bu mifi bir tərəfdən dağıtdı. Hal-hazırda onlayn-da olan və xərclənən hər bir manatın hara xərcləndiyini və nə qədər geri dönüş olduğunu rahatlıqla ölçmək və görmək olur. Bu səbəbdən də əslində rəqəmsal marketinqə ayrılan büdcələr ilbəil artır.  Bəs offlaynda yəni rəqəmsal mühitdən kənarda yerləşdirilən reklamları hansı yolla ölçmək olar? Misal üçün şirkət mərkəzə yaxın bir yerdə bilbord icarəyə götürür və reklamını yerləşdirir. Bu bilbordun effektivliyini necə ölçə bilərik? Və ya ikinci misal. Şirkət hər hansı bir ticarət mərkəzində( mall-da) posterini yerləşdirir və ya digər reklam formatında plakatını yerləşdirir. Bəs bunun effektivliyini hansı yolla ölçmək mümkündür? Yəqin ağlınıza insanlardan sorğu edərək soruşmaq ideyası gəlir ki, şirkətin reklamını görüblərmi və hansı reklamını görüblər. Və ya şirkətə gələn müştərilərdən şirkət haqqında məlumatı harda əldə etdiklərini soruşmaq ideyası da ağlınıza gələ bilər. Amma bu variantlar effektiv deyil. İnsanlar sorğularda həvəslə iştirak etmir və qeyri müəyyən cavablar verirlər. Eyni zamanda bu çox vaxt və resurs aparır. Bəs o zaman hansı vasitəsi ilə bu effekti ölçmək olar və statistika əldə etmək olar.

Dünyada istifadə olunan maraqlı bir vasitə var. Yerləşdiirilən reklam vasitəsində ( bu bilbord ola bilər, poster, flayer və s.)  xüsusi kod yerləşdirmək. Bu kod vasitəsilə müştəri şirkətin saytında facebook səhifəsində və ya mobil tətbiqində kodu daxil edərək reklam olunan məhsul və xidmətdən istifadə edə bilər. Burada əlavə endirim də verilsə daha effektli olar. Yəni misalçün hər hansı bir geyim brendi bilbord reklamda öz məhsulunu reklam edir. Və reklamda “2019endirim” kodunu qeyd edir və yazır ki bu kodla saytda onlayn  məhsul sifariş edən müştəri və ya mağazada məhsul alan müştəri əlavə 10% endirim əldə edəcək.  Bununla şirkət reklam vasitəsindən nə qədər insanın real müştəriyə çevrildiyini real rəqəmlərlə görə biləcək. Eyni zamanda bir reklam kampaniyası zamanı müxtəlif yerlərdə yerləşdirilən bibord və digər reklam vasitələri üçün müxtəlif bu tipli kodlardan istifadə etmək olar və hər bir konkret reklam yerinin real effektivliyini yoxlamaq olar.

Əgər məqalə faydalı oldusa və bəyəndinizsə paylaşın ki, daha çox insan faydalansın. Rəy yazmağı unutmayın)

 

Rəylər

rəy

Paylaş68Tweet42Paylaş12GöndərPaylaş

Həmçinin oxu

remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
budcesiz marketinq, marketinq, az xercle marketinq
Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
azercell, bakcell
Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02
atkat, marketinq
Xəbərlər

“Atkat Marketinqi!” “Atkat”-çikləri təyin etməyin 7 qaydası!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    173 paylaşım
    Paylaş 69 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    168 paylaşım
    Paylaş 67 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    164 paylaşım
    Paylaş 66 Tweet 41
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    164 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA