Layihələrim

Banco.az portalı 2013-cü ildə Fərid İslamov və Samir Abdullayev tərəfindən yaradılmışdır. Layihə haqqında aşağıdan məlumat əldə edə bilərsiniz.

Biz Sizə bankların təklif etdiyi çoxsaylı məhsul və xidmətlərinin  həm qiymət və həm də şərtlər baxımından çox rahat və asan yolla müqayisəsini təqdim edirik. Bununla da Siz özünüzə ən uyğun olan və sərfəli məhsulu tapıb ondan faydalana bilərsiniz. Bankların bizə təqdim etdiyi ən son və yenilənmiş məlumat sayəsində Siz bütün yeniliklərdən xəbərdar olacaqsınız.

Bizim layihənin məqsədi – istifadəçiyə ölkəmizdə olan və fəaliyyət göstərən bütün kredit təşkilatları və onların təklif etdiyi bütün məhsul və xidmətləri barədə tam və dolğun informasiyanı təqdim etməkdir. Biz mütəmadi olaraq inkişaf etməyə və təqdim etdiyimiz xidmətlərin çeşidlərini artırmağa çalışırıq. Beləliklə, Sİz artıq bizim saytımızın bir sıra bölümlərindən faydalana bilərsiz:

  • Bank Məhsulları – bu bölümdə banklar təklif etdiyi bütün xidmət və məhsullat təqdim olunur
  • Kredit Sifarişi – buradan siz evdən və ya ofisdən ayrılmadan bir sıra banklara kredit sifarişi göndərə bilər və rahatlıqda kredit ala bilərsiniz.
  • Banklar haqqında ən yeni, maraqlı analitik məqalələri yalnız bizim portaldan öyrənə bilərsiniz.
  • Banklar və kredit təşkilatları haqqında ən son xəbərləri,kampaniyaları və yenilikləri buradan öyrənə bilərsiniz
  • Kredit təşkilatlarının ən son maliyyə göstəricilərini yalnız bizim sayt vasitəsilə rahat əldə edə və müqayisə edə bilərsiniz
  • Bankirə Sual – bu bölüm vasitəsilə Siz bank müvafiq bankın işçisinə birbaşa sual verə biləsiniz
  • Banklarda Vakansiyalar – bu bölmədə bankların ən son iş elanlarını tapa biləsiniz
  • Terminlər – Banklar və maliyyə haqqında hər gün əlavə olunan terminləri və onların mənasını buradan öyrənə bilərsiniz
  • Bankların təklif etdiyi xüsusi təkliflər,endirimlər və güzəştlər barədə bizim sayt vasitəsilə öyrənə bilərsiniz.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.