Farid İslamov
Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Farid İslamov
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə
Heç nə tapılmadı
View All Result
Farid İslamov
Heç nə tapılmadı
View All Result
Ana səhifə Xəbərlər

Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

2020-11-02
in Xəbərlər
0
budcesiz marketinq, marketinq, az xercle marketinq

budcesiz marketinq, marketinq, az xercle marketinq

174
PAYLAŞIM
2.2k
VIEWS

Son ilin və ayların mövzusu böhran biznesin vəziyyətinin ağırlığı və bu səpkidə olan xəbərlər və müzakirələrdir. Hətta vəziyyət o yerə gəlib ki, ən bərkgedən supermarket rəhbərləri el dili ilə desək “ağlamağa” və dad etməyə başlayıblar. Onlara və digər biznes sahiblərinin bu tipli hərəkətlərinə bir tərəfdən haqq qazandırsam da digər tərəfdən biznesi normal hala gətirəcək normal gəlir gətirəcək vəziyyətə çatdırmaq onların öz əllərindədir. Sadəcə bu zamana qədər pul özü gəlirdisə, müştəri özü gəlirdisə və çoxu da buna öyrəşmişdi. İndi isə müştərini tapmaq onun dalınca qaçmaq lazımdır. Əsasən də yaxşı pulu olan müştərini tapmaq müşkül məsələyə çevrilib.

Bəs pulun olmayan bu vaxtı müştərini necə cəlb edək, Marketinq müdirləri satış rəhbərləri və işçiləri büdcənin olmadığı halda müştərini hansı yolla cəlb edə bilərlərvə satışları necə artıra bilərlər. Bu gün sizə büdcə olmadan və sıfır xərclər, sıfır yatırımla marketinqin və müştəri cəlbinin mümkün olduğunu göstərəcəm. Əlbəttə bunun üçün çoxlu çalışmaq və iş görmək lazım olacaq. Məqalədən öyrənəcəyiniz əksər vasitələr heç bir xərc tələb etmir. Bəziləri isə cuzi xərc tələb edir.

P.S. Şirkət rəhbərlərindən bir xahiş. Bu məqalədən sonra marketinqin əgər büdcəsi varsa onu kəsməyin!)) Bu vasitələr daha çox kiçik və orta sahibkarlığa yönəlib amma böyük şirkətlər də qeyd olunan imkanlardan yararlana bilər. Amma bu o demək deyil ki marketinqi büdcəsiz tam idarə etmək olar. Çox uzatmadan keçək vasitələrlə tanışlığa.

  1. İlk öncə əgər sizin şirkətiniz varsa və ya siz hansısa satış və ya xidmətlə məşğul olan şirkətdə çalışırsınızsa, bu məhsul və xidmətləri öz ətrafınızda olan dost, tanış, qohum, qonşulara təqdim edib onları bu məhsul ilə tanış etməlisiniz. Ölkəmizdə əksər şirkətlərdə birinci yerdə müştərinin hansı kanal vasitəsilə gəldiyini soruşduqda onlar dost tanışdan öyrəndiyini (WOM – word of mouth – dildən dilə ötürülən marketinq kanalı) məsləhət aldığını bildirirlər. Odur ki, sizin ilk müştəriləriniz sizin tanıdığınız insanlar olmalıdır. Əgər məhsul və xidmət yaxşı olarsa onlar da öz növbəsində oz tanışlarına məsləhət görəcəklər. Bununla da siz heç bir xərc çəkmədən müştəri əldə edəcəksiniz. Bundan sonra əsasə vəzifəniz onlara düzgün və lazımi xidməti göstərməkdir. Əks halda elə adamı yıxan öz yaxını olacaq 🙂

dostlar WOM     2. Indiki zamanın ən uyğun vasitələrindən və çoxunun da bildiyi sosial şəbəkələrdir. Amma çoxları sosial şəbəkə dedikdə yalnız Facebooku nəzərdə tutur. Əlbəttə ən güclü və effektiv kanallardan biri Facebookdur. Amma digər sosial şəbəkələr İnstagram, Linkedin, Google+, Twitter-i unutmaq lazım deyil. Hər birində sizə uyğun müştəri ola bilər. Hətta deyərdim ki, Odnoklassniki-də bəzi bizneslər üçün faydalı ola bilər. Youtube da unutmaq lazım deyil. Sİz öz məhsulunuzu haqqında video çarx təqdimat hazırlayıb youtube-da şəxsi kanalınıza yerləşdirə bilərsiniz və oradan satışlar həyata keçirə bilərsiniz. Odur ki, bütün kanallardan istifadə edin.

sosial shebekeler     3. İndiki dövrdə hər bir biznesin bir saytı olmalıdır. Əgər sizin hələ də saytınız yoxdursa bunu durmadan hazırlayın. Sadə saytı özünüz də hazırlaya bilərsiniz heç bir proqramlaşdıra biliyiniz olmadan belə. Misal üçün mən bu saytı 100 manata bir şablon alıb wordpress-də hazırlamışam. Saytınız vasitəsilə müştəriləri cəlb edib satış edə biləcəksiniz. Saytınız məhsulunuza və ya xidmətinizə uyğun açar sözlər qeyd olunmalıdır. Müştəri axtarış sistemlərində sizin məhsul və ya xidməti axtaran zaman sizin sayta yönləndiriləcək və sizin potensial müştəriyə çevriləcək.Odur ki mütləq şirkətinizin saytı olsun və onu SEO cəhətdən lazımı səviyyəyə gətirin. SEO haqda ətraflı növbəti yazılarımda yazacam.

veb site     4.  Əgər saytınız varsa demək saytınıza daxil olan istifadəçilər-insanlar da olacaq. Ola bilsin saytda daxil olan şəxs lazımi məlumatı tapmasın və ya məhsul almadan saytı tərk edib getsin. Bu baxımdan saytda mütləq email və telefon abunə sistemi olmalıdır. İstifadəçi sayta daxil olduqdan 5-10 saniyə sonra bir pəncərə açılır və istifadəçidən onun emailini və telefonun yazmaq xahiş olunur. Beləliklə siz pulsuz müştəri bazası əldə edirsiniz. Bundan sonra bu insanlarla əlaqə saxlayıb özünüz və məhsulunuz haqqında ətraflı məlumat verə bilərsiniz. Sayta abunə sistemlərindən pulsuz olaraq Sumome, Hellobar istifadə edə bilərsiniz.

abune, abunecilik   5.  Əgər sizin şirkət bir neçə müddət fəaliyyət göstərirsə demək ki, sizin müştəriləriniz olub və onlardan bəziləri sizi tərk edib rəqibə gedib və ya başqa səbəbdən artıq sizin müştəri deyil. Odur ki, durmadan bu növ müştəriləri yəni sizi tərk edib gedənlərin siyahısını tapıb onlarla əlaqə saxlayın və geri qaytarmağa çalışın.

musteri    6. Faktiki əlinizdə olan müştərilərinizə isə zənglər və ya görüşlər təqdimatlar edərək onlara başqa məhsul sata bilərsiniz. Çox gümanki şirkətiniz 1-dən çox məhsul və ya xidmət satır. Odur ki, bu müştərilərə çarpaz satış texnikası ilə digər məhsullarınızı satın.

musteriye zeng    7. Mütləq olaraq loyallıq proqramı yaradın ki, indiki müştərini daimi müştəriyə çevirəsiniz. Loyallıq dedikdə sadiqlik nəzərdə tutulur. Yəni müştərini sizin daimi müştəri etmək, daimi sizdən alış veriş etməyi üçün görülən addımlar nəzərdə tutulur. Bu addımlara müştəri ilə daima təmasda olmaq, onunla maraqlanmaq, müştəriyə güzəştlər tətbiq etmək ( endirimlər, kuponlar,hədiyyələr) və digər stimullaşdırıcı tədbirlər aid ola bilər.

loyalliq    8. Referal marketinq texnikası. Referal marketinq nədir Burada siz başqalarını sizin məhsul və ya xidməti satmağı təşviq edirsiniz. Əvəzində isə digər satıcıya məhsulun satışından komissiya verirsiniz. Dünyada bu format geniş yayılıb və öz effektini verir. Nə qədər yüksək komissiya versəniz bir o qədər də motivasiyalı satıcılar və nəticədə satışlar əldə edə bilərsiniz.

    9. Ölkəmizdə müxtəlif mövzularda tədbirlər, konfranslar, sərgilər, forumlar və digər bu tipli tədbirlər olur. Əgər sizin də müştərilər bu tipli tədbirlərdə olurlarsa o zaman siz də orada iştirak etməlisiniz. Məcbur deyil ki sərgi zamanı bir stend icarəyə götürəsiniz. Bu əksər halda lazımsız xərcdir bizim ölkədə. Siz sərgi zamanı yerləşən stendləri bir bir gəzib birbaşa olaraq öz məhsulunuzu təqdim  edə bilərsiniz. Burada öz vizit kartınızı və ya broşurunuzu təqdim edə bilərsiniz.

sergi konfrans    10. Digər onlayn pulsuz marketinq imkanlarından elanlar saytlarını ( kifayət qədər bu sahədə sayt var), müxtəlif forumları (ən popular disput.az-da insanlar ciddi satışlar edirlər). Elan saytlarını gündəlik olaraq milyonlarla insan ziyarət edir və onların hansısa məhsula ehtiyacı olur. Eyni zamanda forumlarda məhsul və xidmət satışı üçün əlverişli yerdir. Tematik saytlarda ( hər hansı bir sahəyə aid saytlar misal üçün maliyyə, tikinti və s.)  rəylər və məqalələr yazaraq öz məhsul və ya xidmətinizi tanıda və sonda satışını da həyata keçirə bilərsiniz.

elanlar, elan      11. Öz rəsmi saytınızdan əlavə sizə bloq yaratmağı məsləhət görərdim. Araşdırmalar göstərir bloqlara etibar rəsmi saytlardan daha yüksəkdir. Bu bloqunuzda siz öz məhsul və ya xidmətiniz haqda geniş məlumat, istifadə qaydası, müştərilərin verə biləcəyi suallara cavab və video-şəkillər vasitəsilə geniş formada sınaqdan keçirib onu təqdim edə bilərsiniz. İnsanlar məhsul alarkən araşdırma aparırlar və əgər sizin məhsulunuz haqda geniş məlumat olsa bu həmin insanlarda inam və sizin məhsula rəğbət qazandıracaq.

12. Öz saytınızda və bloqunuzda sizin məhsulunuzdan razı müştərilərin rəylərini qeyd edin. Çalışın rəylər şəkil və ya video ilə müşayiət olunsun və maksimal təbii olsun. Bu həm sizin indiki müştərinin razılıq dərəcəsini artıracaq və həm də potensial müştəridə sizin inam və etibar qazandıracaq.

musteri reyi    13. Sonuncu və ən vacib məsələ. Sizin şəbəkə. Network. Biznesdə ən vacib məqam sizin əlaqələriniz və sizin şəbəkənizdir. Çalışın müxtəlif tədbirlər müxtəlif insanlarla tanış olasınız və özünüz və xidmətiniz haqqında maksimal məlumat verəsiniz. Sizi inandırım zaman gələcək bunun faydasını görəcəksiniz.

Ümid edirəm yazdıqlarımın bir hissəsini real həyatda tətbiq edib uğur qazana biləcəksiniz. Hamısını tətbiq etsəz uğur qazanacağınıza hətta da zəmanət də vermək olar!)

Faydalı olmaq ümidilə,

Fərid İslamov

 

 

 

Rəylər

rəy

Teqlər: az budceliaz xercle marketinqbudcesizmarketinqmusteri celbisatishxercsiz marketinq
Paylaş70Tweet44Paylaş12GöndərPaylaş

Həmçinin oxu

Offlayn reklamı hansı yolla ölçmək olar?
Xəbərlər

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq
Xəbərlər

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
internet marketinq muharibe 189 uber salam city taxi
Xəbərlər

İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!

2020-11-02
mohtesem cv resume
Xəbərlər

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

2020-11-02
her kesi heyran edacak teqdimat
Xəbərlər

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

2020-11-02
internet marketinq
Xəbərlər

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

2020-11-02
azercell, bakcell
Xəbərlər

İnternet marketinq müharibələri! Azercell vs Bakcell!

2020-11-02
marketinq, termin,
Xəbərlər

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

2020-11-02
atkat, marketinq
Xəbərlər

“Atkat Marketinqi!” “Atkat”-çikləri təyin etməyin 7 qaydası!

2020-11-02

Ən çox oxunan

  • budcesiz marketinq, marketinq, az xercle marketinq

    Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!

    174 paylaşım
    Paylaş 70 Tweet 44
  • Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

    170 paylaşım
    Paylaş 68 Tweet 43
  • Offlayn reklamı hansı yolla ölçmək olar?

    169 paylaşım
    Paylaş 68 Tweet 42
  • Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

    166 paylaşım
    Paylaş 66 Tweet 42
  • Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

    165 paylaşım
    Paylaş 66 Tweet 41

Ən son xəbərlər

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

2020-11-02
Offlayn reklamı hansı yolla ölçmək olar?

Offlayn reklamı hansı yolla ölçmək olar?

2020-11-02
remarketing,marketinq

Remarketinq! Yeni nəsil onlayn marketinq!

2020-11-02
Farid İslamov

  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA

Heç nə tapılmadı
View All Result
  • Gündəm
  • Xəbərlər
  • Maraqlı
  • Səyahət
  • Dünya
  • Faydalı
  • Əlaqə

© 2020 Islamov.az
Vebsaytın hazırlanması: WPBUDDY.CA
© 2020 Islamov.az - Vebsaytın hazırlanması: WPBUDDY.CA